ONa çatdı
08.11.2013 - 10:15
ONa çatdı
Türkiyə çempionatının I liqasında XI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə Azərbaycan təmsilçiləri Usim Nduka ilə Andrey Popoviçin şərəfini qoruduğu “Tavşanlı Linyitspor” da növbəti sınağına çıxıb.

Öz meydanında “İstanbul BB” ilə qarşılaşan Tavşanlı təmsilçisi 1:3 hesabı ilə uduzub. Milli komandamızın sabiq müdafiəçisi Nduka bu qarşılaşmada 90 dəqiqə meydanda olub. U-21 yığmamızın qapıçısı olan Popoviç isə “18-liy”ə düşsə də, ehtiyatda qalıb.

Qeyd edək ki, bu görüş Usimin Türkiyə karyerasında 10-cu çempionat matçı olub.