Azərbaycan çempionu Bolqarıstanda qalmaqal saldı
08.11.2013 - 11:22
Bakının “İnter” klubunun sabiq futbolçusu Petar Zlatinov vətəni Bolqarıstanda diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, “Liteks”də çıxış edən yarımmüdafiəçi “Botev”lə qarşılaşmanın “qəhrəman”ına çevrilib.
Zlatinov oyunun gedişi zamanı rəqib komandanın məşqçilər korpusunda yer alan Sanko Svetanova hücum çəkib. DÇ-1994-ün yarımfinalçısını təhqir edən yarımmüdafiəçini komanda yoldaşları güclə sakitləşdirib.
Lakin Petar 1:2 hesabı ilə uduzduqları matçın sonunu gözləyib. Oyun bitən kimi 2 qat Azərbaycan çempionu yenidən Svetanovun üstünə cumub. Polislərin müdaxiləsi ilə onu saxlamaq mümkün olub.
Qeyd edək ki, Zlatinov 2008-2013-cü illərdə çıxış etdiyi “İnter”lə 2007/08 və 2009/10 mövsümlərinin çempionu olub.

0
0