“Simurq”un stadionuna 2 ulduz veriləcək
08.11.2013 - 12:22
“Simurq”un stadionuna 2 ulduz veriləcək
UEFA nümayəndələri noyabrın 9-da Zaqatalada işgüzar səfərdə olacaq. “Simurq”un prezidenti Anar Bəkirovun apasport.az saytına verdiyi məlumata görə, 2 nəfərdən ibarət olacaq nümayəndə heyəti klubun ev oyunlarını keçirdiyi stadiona baxış keçirəcək.

Əgər baxışdan uğurla keçsə, Zaqatala Olimpiya Kompleksinin stadionuna 2 ulduz sertifikatı veriləcək.

Qeyd edək ki, Zaqatala stadionu ötən mövsüm başa çatdıqdan sonra təmirə buraxılmışdı. Hazırda arenada təmir işləri başa çatdırılıb.