“Xəzər Lənkəran”ın futbolçusu milliləşməyə qarşı çıxdı
08.11.2013 - 12:27
“Xəzər Lənkəran”ın futbolçusu milliləşməyə qarşı çıxdı
“Xəzər Lənkəran”ın futbolçusu Alvaro Silva İspaniyanın “Atletiko” klubunda çıxış edən Dieqo Kostanın milliləşdirilməsindən narazıdır. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin müdafiəçisi braziliyalı hücumçunun yığma ilə seçimini pisləyib.

Alvaro Dieqonun İspaniya millisində oynamasını düzgün saymır: “Dieqo Kostanın İspaniya yığmasında oynamaqla vağlı qərarını tənqid olunması normaldır. İspaniya yığması ispan dillilər üçündür. Belə milliləşdirməyə heç bir ehtiyac yox idi”.

Qeyd edək ki, Dieqo cari mövsüm İspaniya Primerosında 13 qol vurmaqla bombardirlər yarışında Kriştianu Ronaldo ilə şərikli liderdir.