Ad günü, qayıdış və 2-ci pillə
08.11.2013 - 14:14
Topaz Premyer Liqasının XIII turunun “Qəbələ” ilə oyunu ərəfəsində “Xzəər Lənkəran”ın rəsmi saytı prevyu hazırlayıb. Apasport.az-ın məlumatına görə, oyun öncəsi yazıda bəzi məqamlar yer alıb.
Bu həftə komanda üçün ad günü ilə əlamətdar olub. Belə ki, noyabrın 5-də ispaniyalı legioner Edu Oriol 26 yaşını qeyd edib.
Digər 2 legioner – Junior Nildo ilə Vanderson Skarduelli isə zədədən sonra komandaya qoşulub. Onlardan fərqli olaraq Zohair Benouahi və Rasim Ramaldanov fərqi hazırlıq keçir.
Radomir Todorov isə “Qəbələ” ilə matça klubun 2-cisi kimi hazırlaşır. Bolqarıstanlı ötən tur ağ-yaşıl formada meydana çıxdığı matçların sayını 178-ə çatdırmaqla bu göstəricidə klub tarixində 2-ci pilləyə yüksəlib. Radomir yalnız 245 oyunda meydana çıxan kapitan Rahid Əmirquliyevdən geri qalır.
Qeyd edək ki, ümumilikdə isə oyun iki komanda arasında ölkə çempionatı çərçivəsində sayca 20-ci matçdır. Cənublular 10 dəfə qələbə qazanıb, 4 oyun heç-heçə ilə nəticələnib, 5 oyun isə “Qəbələ”nin qələbəsi ilə yekunlaşıb.

0
0