Azərbaycan çempionunun rəqibindən iddia: Qrupun ən yaxşısı “Sportinq”dir
08.11.2013 - 15:11
“Sportinq” çəkilən əziyyətin, işlərin bəhrəsini görməyə layiqdir. Biz təkcə elit-raundu təşkil etməklə kifayətlənmirik, UEFA kubokunu da qazanmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın “Sportinq” klubunun prezidenti Bruno de Karvalyo deyib.
Lissabonda keçiriləcək mini turnirdə Azərbaycan çempionu “Araz”, Hollandiya “Eyndhoven”i və Macarıstan “Qyor”u ilə görüşəcək portuqaliyalılar doğma divarlar arasında 1-ci olmaq iddiasındadır. Karvalyo noyabrın 21-24-də baş tutacaq görüşlər haqda nikbin danışıb: “Komandamız düşündüyünüzdən də güclüdür. Qrupun ən yaxşısı da şübhəsiz ki, “Sportinq”dir”.
Qeyd edək ki, “Araz” “Sportinq”lə noyabrın 24-də qarşılaşacaq.

0
0