Toşakın köməkçisi Makedoniya yığmasını çalışdıra bilər
08.11.2013 - 16:44
Makedoniya Futbol Federasiyası Çedomir Yanevskinin istefasından sonra məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, o, komandadan ayrıldıqdan sonra müvəqqəti olaraq Zoran Stratev baş məşqçilik etsə də, indi rəsmi çalışdırıcını tapmaq zamanı gəlib çatıb.
Birinci namizəd Yaponiyanın “Naqoya Qrampus” komandasında serbiyalı Draqan Stoykoviçin köməkçisi işləyən Boşko Curovskidir. İkinci namizəd isə bizə yaxşı tanışdır. Bu, sentyabrda Makedoniya U-21-inin, eləcə də 2008-ci ildə “Rabotniçki”nin baş məşqçisi kimi Bakıya gələn Boban Babunskidir. Xarici mütəxəssislərdən isə alman Lotar Matteus, ispan Viktor Munyos və serb İliya Petkoviç bu posta namizəd kimi göstərilir.
Qeyd edək ki, hazırda da Makedoniya U-21-də baş məşqçi olan Babunski noyabrın 15-də millimiz önünə komanda çıxaracaq. O, həmçinin “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Makedoniya millisində çalışdığı vaxtdan əsas komandada köməkçi işləyir.

0
0