Reynaldo Silva: Daha yaxşı oynaya bilərəm - MÜSAHİBƏ
08.11.2013 - 17:19
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldo Silvanın apasport.az saytına müsahibəsi
- Sabah Topaz Premyer Liqasının XIII turu çərçivəsində AZAL-la qarşılaşacaqsınız. Oyuna necə hazırlaşırsınız?
- Hər şey yaxşıdır. Yüksək səviyyədə hazırlaşırıq. Yığmanın oyunları ilə bağlı yaranacaq fasilə öncəsi son matçımızdır. İstəyirik ki, fasiləyə yaxşı əhval-ruhiyyədə yollanaq. Bunun üçün zirvədəki yerimizi qorumalıyıq.
- “Qəbələ” ilə qarşılaşmada baş verənlər haqda danışarkən “Qarabağ”ın əksər futbolçuları bunun onlar üçün yaxşı bir dərs olduğunu deyib. Bu görüşdən hansı nəticələr çıxardınız? Baş məşqçi sizi çoxmu tənqid etdi?
- Baş məşqçi də bu oyundan dərs almalı olduğumuzu bildirdi. Deməli, hansısa oyunda biz də hesabda 2-3 top fərqi ilə geridə olarkən matçı xeyrimizə çevirə bilərik. Bunun üçün sona qədər mübarizə aparmaq lazımdır.
- Cari mövsümdə yeganə məğlubiyyəti AZAL-dan almısınız. Bunun təsadüfi olduğunu sübut edəcəksinizmi?
- Fikrimcə, AZAL-ın bizə qalib gəlməsi futbolun gözəlliklərindən biridir. Yəni bu elə oyundur ki, əvvəldən nəticəni proqnozlaşdırmaq olmur. Gərək daim mübarizə aparasan.
- Rəqibi analiz etmisinizmi?
- Baş məşqçi məlumat verəcək. Videoları izləyəcəyik, lazımi analizlər edəcəyik. Güclü oynamalıyıq.
- Avroliqadakı çıxışınızdan sonra bir müddət tənqid hədəfinə çevrildiniz. Çünki həmin oyunu Premyer Liqada göstərə bilmirdiniz. Bunun səbəbi nə idi?
- Sanki eniş var idi. Amma çox məşq etdim. Baş məşqçimiz Qurban Qurbanov da mənimlə fərdi söhbətlər apardı. Artıq həmin gərgin məşqlərin nəticəsini almaqdayam.
- Ən pik həddə çatmısınız, yoxsa potensialınızı bir qədər aça biləcəksiniz?
- Bundan daha yaxşı oynaya bilərəm. Bütün oyunlarda əlimdən gələni edirəm ki, ən yaxşısını reallaşdırım. Həm komandama kömək edim, həm də oyunumu yaxşılaşdırım.
- Mövsümün sonunda “ilin oyunçusu” seçilə biləcəksiniz?
- Belə şeylər haqda danışmaq tezdir. Bu titula layiq olan başqa oyunçular da var.
- Çempionluq yolunda hazırkı situasiyanı “Qarabağ”ın xeyrinə dəyərləndirmək olarmı?
- Öz işimizi görürük, əlimizdən gələni edirik. Məşqlərimizi vaxtında edirik. Hədəfimiz bəllidir. Futbolçularımız öz komandamız üçün narahatdır. Digər klubların çıxışı bizi maraqlandırmır.
- Əksəriyyət “Qarabağ”ın daha yaxşı oynadığını düşünür. Bəs siz hansı komandanı yaxşı mənada fərqləndirərdiniz?
- Oyununu bəyəndiyim komandalar var. Son oyunda qarşılaşdığımız “Qəbələ” çox yaxşı komandadır. “Neftçi”ni də yaxşı mənada fərqləndirmək istərdim. “İnter”in oyunundan da xoşum gəlir.

0
0