Berti Foqts paytaxt derbisində
08.11.2013 - 17:45
Berti Foqts paytaxt derbisində
Azərbaycan milli komandasının məşqçiləri Topaz Premyer Liqasının XIII turunun oyunlarını izləyəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts və köməkçisi Aslan Kərimovun stadiondan şahidlik edəcəyi qarşılaşmalar açıqlanıb.

Bu gün Bakıya gələn almaniyalı mütəxəssis AZAL - "Qarabağ" matçını izləmək üçün sabah “AZAL Arena”ya yollanacaq. Foqts ertəsi gün "Neftçi" və "Bakı" arasında paytaxt derbisində də olacaq. Kərimov isə "İnter" - "Simurq" qarşılaşmasını izləyəcək.

Mənbə: affa.az