Millimizin açıq məşqinin vaxtına aydınlıq gəldi
08.11.2013 - 17:50
Millimizin açıq məşqinin vaxtına aydınlıq gəldi
Millimizin açıq məşqinin vaxtına aydınlıq gəlib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığma komandamızın yerli jurnalistlər və azarkeşlər üçün açıq məşqi noyabrın 12-də saat 16:15-də olacaq.

Qeyd edək ki, həmin hazırlıq İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Mətbuat nümayəndələri məşqdən əvvəl futbolçulardan müsahibə ala biləcək.