Diniyev: 7 futbolçunun heyətə cəlb olunması haqqında rəhbərliklə danışmışam
08.11.2013 - 20:25
Diniyev: 7 futbolçunun heyətə cəlb olunması haqqında rəhbərliklə danışmışam
Topaz Premyer Liqasının XIII turunun açılış oyununda “Rəvan” doğma meydanda “Sumqayıt”la 1:1 bərabərə qalıb. Apasport.az saytının məlumatına görə, ev sahibi komandanın baş məşqçisi Şahin Diniyev qazanılan bir xaldan danışıb.

Diniyev qışda heyətə yeni futbolçuların cəlb olunacağını da bildirib: “Son 4 oyundan ən pisini oynadıq. Biz 1 xal qazandıq, iki xal itirmədik. Komandada yorğunluq var. Qış fasiləsində 7 futbolçunun heyətə cəlb olunması haqqında rəhbərliklə danışmışam. Mövqelərdə olan boşluqları doldurmaq lazımdır. Ceyhun Cavadov bu gün ən pis oyununu keçirdi, lakin onun gələcəyini yaxşı görürəm”.

Mənbə: pfl.az