“Nəticədən də, oyundan da razıyam”
08.11.2013 - 20:34
Topaz Premyer Liqasının XIII turunun açılış oyununda “Sumqayıt” səfərdə “Rəvan”la 1:1 bərabərə qalıb. Apasport.az saytının məlumatına görə, qonaq komandanın baş məşqçisi Aqil Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini açıqlayıb.
Məmmədov nəticədən razı qaldığını deyib: “Oyun çox maraqlı keçdi. Nəticədən də, oyundan da razıyam. Düşünürəm ki, iki xal itirdik. Komandaya oyuna görə təşəkkür edirəm. Premyer Liqamızda məğlub edilməz komanda yoxdur. Aqşin Muxtaroğlu müdfiəyə meylli oyunçu olduğu üçün onu bu gün oyuna buraxmadım. Kərim Diniyevin heyətə düşməməsi isə atası ilə əlaqədar deyil. Seçimim belə oldu”.
Mənbə: pfl.az

0
0