Mourinyo Hazardı bağışlamadı
08.11.2013 - 21:58
Mourinyo Hazardı bağışlamadı
İngiltərənin “Çelsi” klubunu baş məşqçisi Joze Mourinyo futbolçusu Eden Hazardın üzrünü qəbul etməyib. Apasport.az saytının məlumatına görə, bu barədə yerli KİV məlumat yayıb.

Portuqaliyalı mütəxəssis yetirməsinin bağışlamamağının səbəbini belə izah edib: “O, məndən üzr istədi. Əlbəttə ki, mən də qəbul etmədim. Ancaq bu məsələ bitib. “Şalke””
ilə oyunumuz çox vacib idi. Amma məşqçilər hərdən riskli qərarlar qəbul edə bilir. Artıq o, öz səhvini başa düşüb. Buna görə də, Premyer Liqadakı növbəti matçımızda ona şans verəcəyəm”.

Qeyd edək ki, belçikalı yarımmüdafiəçi istirahət günü sabiq klubu “Lill”in oyununu canlı izləmək üçün Fransaya gedib və orada pasportunu itirib. Vəsiqəsi olmadığı üçün bazar ertəsi nahardan sonra Londona qayıda bilib. Mourinyo isə məşqə gecikən 22 yaşlı futbolçuya cəza olaraq ona “Şalke” ilə Çempionlar Liqası matçında şans verməyib.