“Real”da Marselo şoku - FOTO
08.11.2013 - 22:33
“Real”da Marselo şoku - FOTO
“Real”ın futbolçusu Marselo növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi bu gün Madrid klubunun bazasında məşq edərkən zədələnib.

Sol dizindən xəsarət alan 25 yaşlı futbolçu tibbi müayinədən keçib. Komanda həkimləri Marselonun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağını deyir.

Qeyd edə ki, cari mövsümdə “Real”la səkkiz oyuna çıxan Marselo iki qol ötürməsi və üç sarı vərəqə ilə yadda qalıb.