Küsəyən “ulduzlar”
09.11.2013 - 00:01
Fərid Quliyevi xatırlayırsınız yəqin. 3 il öncə formasını geyindiyi “Standard” I diviziona düşsə də, 16 qolla ölkə çempionatının bombardiri olmuşdu. Tale quşu özü gəlib qonmuşdu onun çiyninə. Rəqibləri Sumqayıt klubunun “torbasını doldurur”, Fərid isə təsəlli topları ilə ön plana çıxırdı. Mətbuat da gənc oğlanın arxasında idi. Məhz qələm əhlinin dəstəyi sayəsində milliyə dəvət aldı, imicini yüksəldib, “Neftçi”yə transfer olundu.
Hekayənin gerisini siz də bilirsiniz, “Simurq”da icarəyə verildi, “Sumqayıt”la müqavilə bağladı, ancaq heç bir matça çıxmadan göndərildi. “Turan”da, ardından “Kəpəz”də oynadı. Gəncə təmsilçisi aşağı dəstəyə yuvarlanandan sonra yerli klublar Quliyevə yaxın durmadı. Elə ona görə də, başını götürüb Türkiyəyə getdi.
Gəl ki, AZAL-a, “Sumqayıt” belə lazım olmayan Fərid “Kahramanmaraşspor”da da heyət düşə bilmir. Səbəb? Gənc qardaşımız bizdən şikayətçidir. Sən demə, getdiyi klubun ona maaş verməməyində, ağır şəraitdə yaşamağında, baş məşqçinin etimadını qazana bilməməyində biz günahkarıq. Əla!
Düşünürəm ki, ölkə xaricində oynayan futbolçularımızla bağlı bəzi həqiqətləri dilə gətirmək vaxtıdır. Onların sayı elə də çox deyil. Şəxsən məni yalnız Ruslan Abışovun taleyi maraqlandırır. Təkcə onu sözün əsl mənasında legioner sayıram. Hərçənd, “Rubin”də ehtiyatda qalmağı Ruslana yaraşdırmıram. 20-23 yaşı olsaydı, başa düşərdim. 26 yaşın bir milli üzvü üçün zamanını gözləmək üçün çox olduğunu düşünürəm. Təki onun üçün xeyirlisi olsun...
Digərlərinə gəlincə, “Fəthiyəspor”da (addakı əzəmətə bax) ehtiyatda qalan Davud Kərimi ilə İstanbulda Taksim meydanında çətir satan azərbaycanlı arasında ciddi bir fərq görmürəm: hər ikisi çörəkpulu dalınca yollanan həmyerlimizdir. Vallah, mənim üçün ikincisi daha cəlbedici görünür. “Fəthiyəspor”a və ya “Kahramanmaraşspor”a futbol oynamaq üçün getməkdənsə, “Taksim”də çətir, Qapalı Çarşıda pal-paltar satmaq daha hörmətlidir.
Açığı, Fərid Quliyev nədən narazı olduğunu da başa düşə bilmirəm. “Sumqayıt”dan da aşağı səviyyəli kluba gedib, oradakı şəraitdən şikayətlənmək yersizdir. Bir klub ki, Azərbaycanda belə heç kimə lazım olmayan hücumçunu alırsa, onun adı ancaq “Kahramanmaraşıspor” olacaq da. Nə “Qalatasaray”, nə “Beşiktaş”, heç “Akhisar Bələdiyyəspor” da deyil. Elə bir klubda da ehtiyatda qaldınsa, daha nə oldu? Sən axı nə etdin, nə tərpəniş göstərdin ki, dəstək vermədik?
Yeri gəlmişkən, “Dənizlispor”un Yusuf Şimşəkdən öncə bir baş məşqçisi vardı – Mustafa Dayat. Adam Saşa Yunisoğluna salam belə vermirdi, bunu futbolçunun özü deyib. Arif İsayevi isə nadir hallarda oynadırdı. Hər nə də olsa, Dənizli təmsilçisi köklü klubdur. Futbolçularımızın durumu bizim üçün də prioritetdir. Dayatın bizimkiləri niyə gözümçıxdıya saldığını öyrənmək istədik. Arif bəy zəng və mesajlarımızı cavabsız qoyduğundan, Saşa müəllimin müsahibə verməyə vaxtı olmadığından (ulduzdurlar axı) baş məşqçinin özü ilə danışdıq. Deyəsən, klubda boş-bekar adam bircə o idi.
Dayat müsahibə verdikdən dərhal sonra Yunisoğlu ilə İsayevi otağına çağırıb. Saşa o qədər tədirgin olub ki, həmkarımla əlaqə saxlayıb, “nə məsələdir, siz nə demisiniz ki, baş məşqçi bizi çağırır” - deyə, soruşub. Axı, biz nə deyəcəyik, ay Saşa?! Qısası, həmin görüşdə Dayat bizimkilərə nə dedi, nə söylədi bilmirəm, ondan sonra hər iki futbolçumuzu oynatmağa başladı.
Yeri gəlmişkən, heç bu dəstəyə görə “sağ ol” da demədilər.
Biz sənə də, futbol oynamaq niyyətində olan başqa bir həmyerlimizə də dəstək olmağa hazırıq, Fərid. Yetər ki, yaxşı bir kluba gedin, ən azı “18-liy”ə düşüb, ara-sıra meydanda görünün. “Kahramanmaraşspor”, “Fəthiyəspor”, elə lap “Dənizlispor” kimi klublarda ehtiyatda qalmaqdansa, özünüzə başqa sənət tapsanız yaxşıdır.
Bu, mənim şəxsi fikrimdir, razılaşmaya bilərsiniz...
ŞAMO

0
0