“Traktorsazi” evdə büdrədi
09.11.2013 - 01:15
“Traktorsazi” evdə büdrədi
Futbol üzrə İran çempionatında XV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, "Traktorsazi" klubu da növbəti oyununa çıxıb.

Təbriz təmsilçisi doğma arenada “İstiqlal”ı sınağa çəkib. Ev sahibi komanda erkən qolla məğlub duruma düşsə da sonra toparlana bilib. Təbrizlilər ikinci hissədə rəqib qapısından 1 top keçirib. Bundan sonra fərqlənə bilməyən və meydandan 1:1 hesablı bərabərliklə ayrılan təbrizlilər 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Traktorsazi" növbəti turda evdə “Persopolis”i qəbul edəcək.


İran 1-ci Liqası
XV tur

8 noyabr


“Traktorsazi” - " İstiqlal" - 1:1
Ğasem Dehnavi, 67 – Araş Borhani, 3