Velbek “Arsenal”la oyunda olmayacaq
09.11.2013 - 01:48
Velbek “Arsenal”la oyunda olmayacaq
“Mançester Yunayted”in futbolçusu Danni Velbek İngiltərə Premyer Liqasının növbəti, XI turundakı “Arsenal”la oyunda komandasına kömək edə bilməyəcək. Apasport.az klub saytına istinadən xəbər verir ki, buna səbəb 22 yaşlı hücumçunun zədəli olmasıdır.

Yetirməsinin hazırkı vəziyyəti ilə bağlı danışan baş məşqçi Devid Moyes bu sözləri deyib: “Velbekin diz nahiyəsində ağrılar var. Növbəti oyundakı heyətə gəldikdə isə, bu barədə hələ qərar verməmişəm.”

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Velbek premyer Liqanın cari mövsümündə 6 oyunda iştirak edib və 2 qol vurub.