“PSJ İbrahimoviçin son klubu olacaq”
09.11.2013 - 02:58
Psj-nin prezidenti Nasser Əl-Xəlafi futbolçusu Zlatan İbrahimoviçin karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan klub rəhbəri isveçli hücumçunun futbolçu karyerasını Paris təmsilçisində başa vurmaq istədiyini deyib:
“İbrahimoviç karyerasını məhz bizim klubda bitirmək istədiyini deyib. PSJ onun son klubu olacaq. Mən hazırda heç narahat deyiləm ki, o gedə bilər. Düşünürəm ki, o, dünyanın üç ən yaxşı futbolçusundan biridir. İbrahimoviç bu il meydanda etdikləri ilə dünyanın ən yaxşısı olmağa layiqdir”.
Qeyd edək ki, 2012-ci ildə İtaliyanın “Milan” klubundan PSJ-yə transfer olunan İbrahimoviçin 2016-cı ilə qədər Paris təmsilçisi ilə müqaviləsi var.

0
0