Silva bir aylıq sıradan çıxdı
09.11.2013 - 05:58
Silva bir aylıq sıradan çıxdı
“Mançester Siti”nin ulduz futbolçusu David Silva zədələnib. Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

Belə ki, Çempionlar Liqasının IV turundakı MOİK-lə oyunun 65-ci dəqiqəsində xəsarət alaraq meydançanı tərk edən ispaniyalı yarımmüdafiəçi tibbi müayinədən keçib. Yoxlanışdan sonra 27 yaşlı futbolçunun təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı deyilir.

Qeyd edək ki, 2010-cu ildən ingilis klubunun şərəfini qoruyan Silva cari mövsümdə 7 oyunda çıxış edib və 3 qol, 3 qol ötürməsi ilə fərqlənib.