“Qalatasaray”ın sabiq ulduzu həvəskar liqada - FOTO
09.11.2013 - 07:33
“Qalatasaray”ın sabiq ulduzu həvəskar liqada - FOTO
“Qalatasaray”ın sabiq futbolçusu Mario Jardel bundan sonra həvəskar liqada çıxış edəcək. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı hücumçu ölkəsi Braziliyanın “Vila Nova” klubu ilə anlaşıb.

2011-ci ildə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Tavun”dan ayrıldıqdan sonra klubsuz qalan forvard artıq yeni komandasında məşqlərə də başlayıb.

Qeyd edək ki, Jardel 2000-2001-ci illər ərzində “Qalatasaray”da çıxış edib və 24 oyunda 22 qol vurub. O, 1996-2001-ci illər ərzində Braziliya millisinin də formasını geyib.