İnfarkt xəbəri yalan çıxdı: Yanal derbidə iş başında olacaq
09.11.2013 - 13:38
Dünən Türkiyə mətbuatında "Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanalın infarkt keçirməsi ilə bağlı xəbərlər yayıldı. Daha sonra isə "sarı-lacivərdlər" məsələ barəsində rəsmi açıqlama verməklə, azarkeşlərini sevindirdi. Yanalın səhhətində heç bir problem olmadığını, lakin həkim məsləhəti ilə onun ürəyinə stend aparatı qoyulduğunu açıqlandı.
Ancaq Yanalın sabah keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" oyununda komandasının başında olacağı sual altında idi. Artıq bu məsələyə də aydınlıq gəlib. Klubun həkimi Sərvət Öztürk Yanalın İstanbul derbisində iştirak edəcəyini bildirib.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0
0