“Nazim Süleymanov “Neftçi”ni 5-10 günə tam dəyişdirə bilməz”
09.11.2013 - 15:41
“İlk dövrədə “Neftçi”ni yalnız biz məğlub edə bilmişik. Buna rəğmən, rəqib yaxşı təşkilatlana bilir”. Apasport.az xəbər verir ki, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.
“Bakı” Topaz Premyer Liqasının XIII turunda “Neftçi”nin qonağı olacaq. “Zolaqlılar” ilk dövrədə rəqibini 3:0 hesabı ilə məğlub edə bilib. Pantiç bildirib ki, yenə hədəf 3 xaldır: “Həmin qələbə göstərdi ki, komanda istək olanda məqsədinə çata bilir. Çəkindiyim məqam yalnız bəzi halları idarə edə bilməməyimlə bağlıdır. Artıq buna qarşı heç nə edə bilmirik. “Neftçi”yə yeni baş məşqçi gəlib. Ancaq heç kim bir komandanı 5-10 günə tam dəyişdirə bilmir. İdeyam odu ki, mən rəqib yox, “Bakı” haqda düşünürəm. Nə problemləri varsa, özləri həll edir. Rəqibə hörmətlə yanaşırıq, lakin məqsəd qələbədir! Bu amalla meydana çıxacağıq”.
Qeyd edək ki, “Neftçi” – “Bakı” matçı sabah keçiriləcək. Görüş saat 18:00-da başlayacaq.

0
0