“Neftçi”nin uğursuz təkzibləri
09.11.2013 - 18:00
Bu ölkədə şəxsi fikri həzm edən az sayda adam var. Ağzını açmağa macal tapmamış, biri səni özünü hamıdan ağıllı saymaqda, digəri qərəzli olmaqda, başqa birisi isə boşboğazlıqda ittiham edəcək. Bu nə cür yanaşmadır? Sənin doğru sandığın mənim üçün yanlış ola bilməzmi?
Həqiqət anlayışı qatığın ağ olması ilə məhdudlaşmır. Allah hər kəsə bir cür qavrama imkanları verib və biz müəyyən çərçivə daxilində görüb-eşitdiklərimizi beynimizdə süzgəcdən keçirir, doğru və yanlışları özümüz üçün ayır edirik. Bu üzdən, əgər biri qatığın qara olduğunu zənn edirsə, onu faktlarla, tutarlı dəlilərlə fikrindən daşındırmaq olar, hay-şivənlə yox.
Çox uzatmadan keçim sözümün mustafasına. Bu aralar “Neftçi” hər yazdığımızı təkzib etməklə məşğuldur. Hələ imkan düşəndə, “niyə bizdən daha çox yazırsınız?” ismarıcları da göndərirlər. “Neftçi” ardıcıl 3 dəfə ölkə çempionudur, daha çox diqqət mərkəzində olması normaldır, məncə. Autsayder “Sumqayıt”dan yazası deyilik ki... Həm də təhqirə, qeyri-etik ifadələrə yol vermədən, kimsənin şəxsiyyətinə toxunmadan, qurşaqdan aşağı zərbə vurmadan işimizi görürük.
Biz deyirik ki, “Neftçi” Nazim Süleymanovla hələ yayda, Böyükağa Hacıyevin istefasından sonra danışıq aparıb, əl sıxışıb. Təyinatının yubanması isə millimizin DÇ-2014-ün seçmə mərhələsindəki oyunları idi. Berti Foqtsun köməkçisi olan Nazim bəy zaman istəmişdi, sadəcə. Yəni Tərlan Əhmədovun baş məşqçi postuna təyinatı heç vaxt gündəmdə olmayıb. Səhvmi yazmışdıq? Daha öncə təkzib edirdiniz, ancaq indi klub prezidenti Sadıq Sadıqov zamanında yazdığımız xəbəri üzdən oxuyurmuş kimi açıqlama verir.
Biz deyirik ki, Sadıq Sadıqovun müşaviri Böyükağa Hacıyev Tərlan Əhmədovun işinə müdaxilə edirdi, imkan düşdükcə, Nazim Süleymanovun da yoluna daş qoyacaq. Doğru söyləmirikmi? Böyükağa bəy and-aman edirdi, vitse-prezident Tahir Süleymanov əlini “Quran”a basırdı ki, belə şey olmayıb, ola da bilməz. Sonuncu bu cür xəbərləri “Neftçi”ni istəməyən qüvvələrin yaydığını, qara qüvvələrin təxribatla məşğul olduğunu söyləyirdi. Ancaq Tərlan bəy gec də olsa, həqiqətləri dilə gətirdi, Hacıyevin nəyinki onun işinə müdaxilə etdiyini, hətta klubdan uzaqlaşdırmağa cəhd göstərdiyini açıqladı.
Biz deyirik ki, Nazim Süleymanov AZAL-da köməkçisi olan Gəray Qarayevi yanına gətirmək istəyib. Lakin “Neftçi”nin baş məşqçisi işlədiyi dönəmdə Qarayevin tənqidlərini həzm etməyərək, vaxtaşırı onun əleyhinə açıqlamalar verən “Zəif” bu təyinatı əngəlləyib. Yalandırmı? Əsla yox! Gəray bəyin mətbuatdan qaçması, “bu barədə danışmaq istəmirəm” söyləməsi haqlı olduğumuzu isbat edir. Həm də artıq Tərlan Əhmədov komandanın daxilindəki vəziyyəti, Hacıyevin baş məşqçinin işinə müdaxilə etməsi faktını açıb, bəzi gizlinləri ortaya tökdü.
Biz demirik ki, hər yazdığımız həqiqətlərin güzgüdə əksidir. Təbii ki, ara-sıra xırda yanlışlar olacaq. Bunun da səbəbi “Neftçi” də daxil olmaqla, əksər klublarımızın doğru-dürüst informasiya verməməklərində, ən xırda məsələləri belə, gizli tutmağa çalışmalarındadır.
Əslində, klub rəsmilərini də qınamıram. Kim öz ayıbını boynuna alar, ictimaiyyətə açıqlayar? Təkzib etməyiniz normaldır, ancaq “bizi istəməyən qüvvələr, təxribat, qərəz-filan” kimi nağıllara gərək yoxdur. Mollanın sözü olmasın, biz də düz deyirik də...
ŞAMO

0
0