Qətər DÇ-2022-ni İran və BƏƏ ilə birgə keçirə bilər
09.11.2013 - 17:59
Qətər DÇ-2022-ni İran və BƏƏ ilə birgə keçirə bilər
“Mən əminəm ki, Fars körfəzinin digər ölkələri də dünya çempionatının oyunlarının keçirilməsini təşkil edə bilərlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA-nın prezidenti Yozef Blatter deyib.

İsti hava səbəbi ilə 2022-ci ildə dünya çempionatının Qətərdə keçirilməsinə münasibət birmənalı deyil. Dünya futbol qurumun rəhbəri yeni ideya ilə çıxış edərək, Qətərin dünya çempionatını İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə təşkil etməsinin mümkünlüyünü gündəmə gətirib: “Düşünürəm ki, bu məsələni ciddi şəkildə müzakirə etmək lazımdır. Mən yaxınlarda İranda oldum. Orada məni əmin etdilər ki, turnirin bəzi oyunlarını təşkil edə bilərlər. Birləşmiş Ərəb Əmirlikləri də bunun əleyhinə olmaz. Ancaq gəlin problemi mərhələli şəkildə həll edək. İndiki anda əsas məsələ dünya çempionatını noyabr və dekabr aylarında necə təşkil etməyimizdir”.