Son oyun günündə 7 qol
10.11.2013 - 18:20
Son oyun günündə 7 qol
I divizionunda IX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə 2 matç baş tutub.

Yevlaxda “Lokomotiv”i qəbul edən “Karvan” rəqibini 2:1 hesabı ilə məğlub edib.

Bu qələbə ilə “Karvan” turnir cədvəlində 7-ci pilləyə yüksəlib. Günün digər oyununda “Şahdağ” səfərdə “Göyəzən”in qapısından 4 cavabsız qol keçirib.

1-ci Divizion
IX tur
10 noyabr


Karvan - Lokomotiv - 2:1
Qollar: Əli Bağırov, 16; 71 - Tural Qürbətov, 48.

Göyəzən - Şahdağ - 0:4
Qollar: Sərxan Ağayev, 32; 48, Murad Rəcəbov, 71, Natiq Abbasov, 80.