Subotiç mövsümü qapatdı
10.11.2013 - 19:31
Dortmund “Borussiya”sının futbolçusu Neven Subotiç ciddi zədə ilə üzləşib. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Dünən Bundesliqanın XII turundakı “Volfsburq” matçında xəsarət alaraq meydanı tərk edən serbiyalı müdafiəçi tibbi müayinədən keçirilib. Komanda həkimi Markus Braunun dediyinə görə, Subotiç dizində yaranan problem səbəbindən 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2008-ci ildə Almaniyanın digər klubu “Maints”dan “Borussiya”ya transfer olunub.

0
0