Yuri Syomin: Riskə getdik, heç-heçəni qoruduq
10.11.2013 - 19:55
“Çətin oyun oldu. Bu cür hava şəraitinə uyğun olaraq meydanda mübarizə çox oldu. Rəqiblərdən heç biri güzəştə getmədi. Əsasən güc futbolu izlədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.
“Qəbələ” Topaz Premyer Liqasının XIII turu çərçivəsində qonağı olduğu “Xəzər Lənkəran”la qolsuz bərabərə qaldı. Rusiyalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb: “Oyunda iki futbolçumuzu zədə səbəbindən itirdik, fikrimcə, ciddi zədələri var. Bu şəraitə görə nəticəni qənaətbəxş hesab edirəm. Oyun boyu müdafiədə oynamırdıq. “Xəzər Lənkəran”ın hər hücumuna əks-hücumla cavab verirdik. Daha çox uzun ötürmələrdən istifadə edirdik. Bəzi hallarda hücumçular – nə Kamanan, nə də Mendi topu saxlaya bilmirdilər. Subotiç bacardığı qədər oynayırdı, Ebesilio oyuna yüksək hərarətlə çıxmışdı, ona görə ancaq bir hissə oynadı. Sadiq Quliyevin effektli oynaması ilə razıyam, öz mövqeyində yaxşı idi. Oyuna baxanda, qol vurmaq üçün yaxşı şanslarımız var idi. Bütün əvəzetmələrdən istifadə etdiyimiz üçün Ürfan Abbasovun zədələnməsindən sonra oyunun son dəqiqələrini 10 nəfərlə başa vurduq. Riskə getdik, heç-heçəni qoruduq. Meydançanın vəziyyəti baxımlı oyun üçün əlverişli deyildi”.

0
0