Con Toşakın bəhanəsi: Bu, bizim üçün baş ağrısına çevrilir
10.11.2013 - 20:04
Con Toşakın bəhanəsi: Bu, bizim üçün baş ağrısına çevrilir
Topaz Premyer Liqasının XIII turu çərçivəsində baş tutan “Xəzər Lənkəran” – “Qəbələ” görüşü qolsuz bərabərliklə yekunlaşdı. Apasport.az saytının məlumatına görə, oyundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Con Toşak fikirlərini bölüşüb.
Uelsli mütəxəssis qol imkanlarını reallaşdıra bilmədiklərinə diqqət çəkib: “Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik. Meydanda ən yaxşı biz idik, oyuna nəzarət bizdə idi. Təəssüf ki, yenə də qol imkalarından istifadə edə bilmirik. Bu, bizim üçün baş ağrısına çevrilir. Sakkoninin əvəzlənməsinə şərh vermək istəmirəm”.