Abışovun komandası evdə büdrədi
11.11.2013 - 01:15
Abışovun komandası evdə büdrədi
Rusiya Premyer Liqasında XVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” növbəti matçını keçirib.

Kazan klubu doğma arenada “Krasnodar”la üz-üzə gəlib. Görüş ev sahibi komandanın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Abışov 18-liyə salınsa da, arşılaşmanı ehtiyat oyunçular skamyasından izləməli olub.

Qeyd edək ki, “Rubin” 17 zalla turnir cədvəlində 11-ci pilləsində qərarlaşıb.