Dadaşov oynamadı, komandası qalib gəldi
11.11.2013 - 10:04
Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşovun şərəfini qoruduğu Almaniyanın “Kayzerslautern II” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası Regionalliqanın Cənub-Qərb zonasının XVI turunda “Offenbax”ı qəbul edib.
Qarşılaşmanın son 15 dəqiqəsində 2 qol vuran meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. Dadaşov bu dəfəki matçda meydana çıxmayıb.
Qeyd edək ki, 16 turdan sonra 26 xala malik “Kayzerslautern II” 7-ci pillədə qərarlaşıb.

0
0