“İnter”in qənimi aşağı dəstədə
11.11.2013 - 12:38
Norveç çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Skandinaviya təmsilçisinin ən güclüsü son turda müəyyənləşib.
“Hoqesund” üzərində 1:0 hesablı qələbə qazanan “Stromsqodset” 43 ildən sonra ölkə çempionu adını qazanıb. Bununla da onlar 2014/15 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində oynamaq hüququ qazanıblar. Bu komanda Azərbaycan çempionunun həmin mərhələdəki potensial rəqiblərindən biri olub.
Qızıl medal ümidlərini son turda itirən “Rusenborq” 2-ci, “Hoqesund” isə 3-cü olmaqla Avropa Liqasında vəsiqə əldə edib.
Ən maraqlısı isə odur ki, hazırda Avropa Liqasının qrupunda çıxış edən “Tromse” aşağı dəstəyə yuvarlanıb. Son turda “Brann”a 1:4 hesabı ilə uduzan komanda pley-off oynamaq şansını da qaçırıb. Cari mövsüm avrokuboklarda Azərbaycan təmsilçisi “İnter”i mübarizədən kənarlaşdıran “Tromse” 16 komanda arasında 15-ci olmaqla elitadakı yerini itirib.

0
0