Berti Foqts üçün daha bir futbolçu
11.11.2013 - 13:12
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts komandaya daha bir oyunçu çağırıb.
Noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək millimizə Pərdis Fərcad-Azad da dəvət olunub. “Sumqayıt”ın milliləşən legioneri bu gündən etibarən təlim-məşq toplanışında olacaq.
Qeyd edək ki, Əli Gökdəmir millinin hazırlıq prosesində noyabrın 14-dən etibarən iştirak edəcək.
Mənbə: affa.az

0
0