Azərbaycan millisinə qarşı 21 asiyalı
11.11.2013 - 13:35
Azərbaycan millisinə qarşı 21 asiyalı
Noyabrın 19-da Azərbaycan milli komandasının rəqibi olacaq Qırğızıstan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisinin heyətinə 21 futbolçu çağırılıb.

Baş məşqçi Sergey Dvoryankov 3 legioner də dəvət edib. Bunlardan biri Ukraynada – Kiyev “Dinamo”sunda çıxış edən Axletdin İsrailovdur. Ondan başqa Qazaxıstan və Rusiyada çıxış edən 2 legioner də millimizə qarşı oynamaq imkanı əldə edəcək.
Rusiyalı mütəxəssis İndoneziyaya 0:4 hesabı ilə uduzan heyətdə ciddi dəyişiklik etməyib. Həmin 17 nəfərlik heyəti saxlayan çalışdırıcı bura 4 əlavə futbolçu daxil edib.

Qapıçılar: Pavel Matyaş, Maksim Zinçenko (hər ikisi "Dordoy"), Ruslan Amirov ("Abdış-Ata")
Müdafiəçilər: Valeri Kiçin (“Ximik Dzerjinsk”, Rusiya), Tahir Avçiyev ("Abdış-Ata"), Davron Askarov, Farux Abitov, Elijah Aryee (hamısı "Dordoy"), Artur Muladjanov ("Alqa")
Yarımmüdafiəçilər: Aziz Sıdıkov, Jırqalbek uulu Kayrat (hər ikisi "Abdış-Ata"), Vadim Xarçenko, Azamat Baymatov ("Dordoy"), Anatoli Vlasiçev ("Spartak", Qazaxıstan), Axletdin İsrailov ("Dinamo" Ukrayna"), Kloud Maka Kum (Dordoy-2)
Hücumçular: Xurşit Lutfullayev, İldar Amirov (hər ikisi "Abdış-Ata"), Mirlan Murzayev, David Tette ("Dordoy"), İvan Filatov ("Alqa")
Qeyd edək ki, Qırğızıstan – Azərbaycan oyunu Noyabrın 19-da Bişkek şəhərindəki “Dolen Omurzakov" adına stadionda baş tutacaq.