Yığmamızın oyununda qazaxıstanlı hakim
11.11.2013 - 13:42
Yığmamızın oyununda qazaxıstanlı hakim
Qırğızıstan - Azərbaycan yoldaşlıq oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, noyabrın 19-da keçiriləcək qarşılaşmanı qazaxıstanlı hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Artyom Kuçin olacaq. Onun köməkçiləri kimi isə meydana Sergey Vassyutim və Serik Jappasbayev çıxacaq.

Qeyd edək ki, matç Bişkek şəhərindəki “Dolen Omurzakov" adına stadionda baş tutacaq.