Xose Kabion: “Neftçi”də oynamağım yaxşı təcrübə oldu
11.11.2013 - 14:35
“Azərbaycan futbolunun mənzərəsi çox xoşuma gəldi. Orada yaxşı futbol çempionatı mövcuddur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq futbolçusu çilili Xose Kabion deyib.
Hazırda Çilinin “Reyncers” klubunda çıxış edən 30 yaşlı yarımmüdafiəçi vətənində verdiyi müsahibədə Azərbaycan karyerasını xatırlayıb. “Neftçi”nin heyətində düşməkdə çətinlik çəkən legioner çempion titulu qazandığı klubun heyətində olmasından razı qalıb: “Mən özüm də ölkə xaricində oynamaq istəyirdim. Nikolas Kanales mənimlə əlaqə saxlayıb Azərbaycan klubuna keçməyimdə rol oynadı. Həmyerlim mənə böyük komandada oynayacağımı, bununla bağlı klubdan zəng alacağımı dedi. Bu da mənim üçün yaxşı bir təcrübə oldu. Ailəmlə birlikdə Bakıya yollandım. Onların əhatəsində özümü daha inamlı hiss etməli idim”.
Qeyd edək ki, Kabion vaxtilə Çili yığmasında 6 oyun keçirib.

0
0