“Neftçi”ni sevindirən hakim yığmamızın oyununda
11.11.2013 - 17:20
Azərbaycan və Qırğızıstan milli komandaları arasında yoldaşlıq oyununu idarə edəcək qazaxıstanlı hakim Artyom Kuçin futbolçularımıza tanış simadır. Apasport.az saytının məlumatına görə, 36 yaşlı referi ötən il də təmsilçimizin oyununda fit çalıb.
Qazaxıstanlı ədalət təmsilçisi 2012-ci il iyulun 24-də “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsinin Zestafonidə eyniadlı klubla oyununda baş hakim olub. Bakıdakı 3:0 hesablı qələbədən sonra Gürcüstandan qənaətbəxş nəticə dalınca yollanan “ağ-qaralar” Kuçinin idarə etdiyi matçda da uduzmayıb – 2:2. Matç boyu cəmi 2 sarı vərəqə göstərən referi yalnız meydan sahiblərini cəzalandırıb. O, hətta “Neftçi”nin lehinə penalti qərarı verməklə bakılıları sevindirib. Məhz gəmin penalti zərbəsi ilə Rəşad Sadiqov matçda son qolu vurmaqla komandasını məğlubiyyətdən xilas etmişdi.
Qeyd edək ki, Kuçin 2009-cu ildən FİFA referisidir. Növbəti ildən UEFA-nın 2-ci kateqoriyasına daxil olan referi kifayət qədər beynəlxalq oyun idarə edib.

0
0