Millinin hücumçusu yenə zədələndi
11.11.2013 - 20:40
Futbol üzrə Almaniya millisinin və “Latsio” klubunun hücumçusu Miroslav Kloze sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.
Belə ki, 35 yaşlı futbolçu A Seriyasının XII turundakı “Parma” ilə oyunda zədələnib. Çiynindən xəsarət alan Klozenin bir ay yaşıl meydanlardan uzaq qalacağı deyilir. Təcrübəli futbolçu yaxın günlərdə ölkəsinə gedərək orada tibbi müayinədən keçəcəyi deyilir.
Qeyd edək ki, almaniyalı futbolçunun bu cari mövsümdəki üçüncü zədəsidir. Fevralda iki aylıq sıradan çıxan forvard, sentyabrda da əməliyyat olunaraq 2 həftə komandasına kömək edə bilməmişdi.

0
0