“İspaniyanı məğlub et, 5 milyon avro qazan”
11.11.2013 - 21:40
“İspaniyanı məğlub et, 5 milyon avro qazan”
Ekvatorial Qvineyası Futbol Federasiyası milli komandanın futbolçularına 5 milyon avro təklif edib. Apasport.az saytı Madrid mətbuatına istinadən xəbər verir ki, bu mükafatı əldə etmək üçün yığma İspaniya ilə yoldaşlıq görüşündə qələbə qazanmalıdır.

Federasiya rəhbərliyi paytaxt Malabo şəhərində keçiriləcək bu matçda son Avropa və dünya çempionunu məğlub etməyin onlar üçün çox önəmli olduğunu deyib.

Qeyd edək ki, milli komandaların bu qarşılaşması noyabrın 17-də keçiriləcək. Hazırda FİFA reytinqində İspaniya birinci, Ekvatorial Qvineyası isə 119-cu yerdə qərarlaşıb.