Dieqo Kostanın arzusu reallaşmadı
11.11.2013 - 22:38
Futbol üzrə Braziliya yığma komandasından imtina edərək İspaniyanı seçən Dieqo Kosta millidəki debütü gecikəcək. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı hücumçunun zədəli olmasıdır.
Belə ki, ötən gün “Vilyarreal”la oyunda (1:1) xəsarət alan futbolçu millinin keçirəcəyi iki yoldaşlıq görüşündə iştirak edə bilməyəcək. Bu səbəbdən də, yığmanın baş məşqçisi Visente Del Boske Kostanın əvəzinə “Yuventus”un forvardı Fernando Llorenteyə dəvət göndərib.
Qeyd edək ki, İspaniya yığması noyabrın 17-də Ekvatorial Qvineyası, 19-da isə Cənubi Afrika millisi ilə yoxlama oyunu keçirəcək.

0
0