Syomin: Karyeram ərzində heç vaxt belə hadisə ilə rastlaşmamışam
12.11.2013 - 00:36
“Qəbələ”nin rusiyalı baş məşqçisi Yuri Syomin “Zenit”in futbolçusu Hulku tənqid edib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan Syomin braziliyalı futbolçunun “Spartak”la (Moskva) oyunda qaçırdığı penaltini dəyərləndirib:
“Məşqçi karyeram ərzində heç vaxt belə hadisə ilə rastlaşmamışam. Hulk birinci dəfə penaltini qaçırdıqdan sonra ikinci dəfə topun başına keçməməli idi. Növbəti dəfə “Zenit”in başqa bir üzvü penaltini yerinə yetirməli idi. Fikrimcə, komanda da penalti məsələsini baş məşqçi həll edir. Hamı penalti vurmaq istər, amma bu həmişə alınmır. Hesab edirəm ki, “Zenit”in baş məşqçisi bu barədə Hulkla söhbət etməlidir. Braziliyalı futbolçu ard-arda iki penalti qaçırdı. Mən olsam, bu hadisədən sonra bir daha önəmli matçlarda Hulka penalti etibar etmərəm. Əgər növbəti oyunda da Hulk penalti vurmaq istəyərsə, mən çox təəccüblənərəm. “Zenit”də başqa futbolçu yoxdur? Misal üçün Aleksandr Kerjakov penalti epizodlarında əla istifadə edə bilir”.
Qeyd edək ki, Rusiya Premyer Liqasının XVI turu çərçivəsində “Zenit” səfərdə “Spartak”a 4:2 hesabı ilə məğlub olub.

0
0