“Milan”ın baş məşqçisi ilə bağlı son qərar verildi
12.11.2013 - 01:20
Massimiliano Alleqri “Milan”dakı baş məşqçi postundan göndərilməyəcək. Apasport.az saytının məlumatına görə bu barədə yerli mətbuat xəbər yayıb.
Belə ki, İtaliya klubunun prezidenti Silvio Berluskoni və vitse-prezidenti Adriano Qalliani bu məsələni müzakirə edib. Onlar müqaviləsi 2014-cü ilin iyununda başa catacaq 46 yaşlı mütəxəssislə yola davam etməyi qərara alıblar.
Qeyd edək ki, “Milan” A Seriyasında 12 turdan sonra 13 xalla turnir cədvəlinin 10-cu pilləsində yer alır. Komandanın cari mövsümdəki uğursuz nəticələrindən sonra Alleqrinin göndəriləcəyi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.

0
0