Riberi: “Real” və “Barselona” məni transfer etmək istəyirdi
12.11.2013 - 01:57
Almaniya təmsilçisi “Bavariya”nın ulduz futbolçusu Frank Riberi karyerası ilə bağlı maaqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 30 yaşlı yarımmüdafiəçi "Barselona" və "Real"ın onu transfer etmək istədiklərini deyib:
"Barselona" və "Real" böyük klublardır. Hər iki klub mənimlə maraqlanırdı. Hər iki variant da xoşuma gəlirdi, lakin bəzi məqamlarda “Real” mənə daha yaxın idi. Çünki orada həmyerlim Zinəddin Zidan işləyirdi. Zidan mənim Madridə gəlməyimi istəyirdi. Ancaq bu transfer alınmadı. Çümki məni həmin vaxt hər hansı keçid maraqlandırmırdı. Mən ancaq “Bavariya”nı düşünürdüm. Çünki bura mənim ailəmdir”.
Qeyd edək ki, Fransa milisinin də üzvü olan Riberi 2007-ci ildən Münhen klubunda çıxış edir.

0
0