Eto’O karyerasını Kanadada davam etdirə bilər
12.11.2013 - 02:41
Eto’O karyerasını Kanadada davam etdirə bilər
“Çelsi”nin ulduz futbolçusu Samuel Eto’O karyerasını Kanadada davam etdirə bilər. Apasport.az “Marca”ya istinadən xəbər verir ki, ölkə çempionatının birinci dəstəsində çıxış edən “Toronto” klubu londonlularla müqaviləsi mövsüm sonunda başa çatacaq 32 yaşlı hücumçunu transfer etmək istəyir.

Məlumatda o da qeyd olunur ki, Şimali amerikalılar Eto’Onu 2014-ci ilin yayında azad agent kimi heyətə qatmaq istəyir. Onlar kamerunlu futbolçu üçün transfer haqqı ödəmək fikrində deyil.

Qeyd edək ki, Eto’O bu yay Rusiyanın “Anji” klubundan “Çelsi”yə transfer olunub.