“Mançester Yunayted”də Vidiç sevinci
12.11.2013 - 05:48
“Mançester Yunayted”də Vidiç sevinci
“Mançester Yunayted”in futbolçusu Nemanya Vidiç xəstəxanadan evə buraxılıb. Apasport.az saytının məlumatına görə, bu barədə yerli KİV xəbər yayıb.

Belə ki, XI turdakı “Arsenal”la oyunda rəqib qapıçı ilə toqquşan və başından xəsarət alan 32 yaşlı müdafiəçinin yarasına tikiş qoyulub. Hazırda Vidiçin vəziyyətinin yaxşı olduğu və növbəti turdakı “Kardiff” matçına kimi hazır olacağı deyilir.

Qeyd edək ki, serbiyalı futbolçu 2006-cı ildə Rusiyanın “Spartak” (Moskva) klubundan “Mançester Yunayted”ə transfer olunub.