Davud Kəriminin komandası “Fənərbaxça”nın qonağı olacaq
12.11.2013 - 09:40
Davud Kəriminin komandası “Fənərbaxça”nın qonağı olacaq
Dünən Türkiyə Kubokunda 4-cü mərhələnin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin çıxış etdiyi klubların bu mərhələdəki rəqiblərinin adına aydınlıq gəlib.

Milli komandamızın hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” bu mərhələdə 2-ci dəstə təmsilçisi “Silivrispor”u doğma azarkeşləri önündə keçməyə borcludur. Yığmamızın digər üzvü Ufuk Budakın məxsus olduğu “Əskişəhərspor” da bu liqadan olan “Bələdiyyə Vanspor”u evində yenməkdə çətinlik çəkməməlidir.

U-21-in qapıçısı Andrey Popoviçlə millimizin sabiq müdafiəçisi Usim Ndukanın çıxış etdiyi “Tavşanlı Linyitspor” isə Superliqa təmsilçisi “Akhisar Bələdiyyəspor”la düşüb. Təmçilərimizdən ən çətin rəqib isə Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor”a düşüb. Belə ki, 1-ci dəstə təmsilçisi İstanbulda “Fənərbaxça”nın qonağı olacaq.

Bu mərhələdə üz-üzə gələcək 16 cütlük aşağıdakı qaydadır:

“Kardəmir Karabükspor” – “Hacettəpə”
“Bucaspor” – “Beşiktaş”
“Qalatasaray” – “Qaziantep BB”
“İnegölspor” – “Qaziantepspor”
“Sivasspor” – “Silivrispor”
“Balıkəsirpor” – “Trabzonspor”
“Antalyaspor” – “Çankırıspor”
“Tarsus İdman Yurdu” – “Kayseri Ərciyəsspor”
“Əskişəhərspor” – “Bələdiyyə Vanspor”
“Tokatspor” – “İstanbul BB”
“Kayserispor” – “1461 Trabzon”
“Tavşanlı Linyitspor” – “Akhisar Bələdiyyəspor”
“Gənclərbirliyi” – “Nazilli Bələdiyyəspor”
“Bandırmaspor” – “Elazığspor”
“Fənərbaxça” – “Fəthiyəspor”
“Adana Dəmirspor” – “Bursaspor”


Qeyd edək ki, Türkiyə Kubokunda 4-cü mərhələnin oyunları dekabrın 3, 4 və 5-də keçiriləcək.