Viktor İqbekoyi ilk “üçlüy”ün bir addımlığında
12.11.2013 - 10:55
Viktor İqbekoyi ilk “üçlüy”ün bir addımlığında
Topaz Premyer liqasının XIII turunun “Qarabağ”la oyununda hesabı açan Bakının AZAL klubunun futbolçusu Viktor İqbekoyi çempionatda 41-ci qolunu vurub. Apasport.az saytının məlumatına görə, bununla da nigeriyalı futbolçu Azərbaycan çempionatları tarixinin ən məhsuldar legionerləri siyahısında 4-cü pilləyə şərik olub.

İndi İqbekoyi milliləşən braziliyalı Leandro Qomeşlə eyni sayda qola imza atıb. Ölkəmizdə oynamış ən məhsuldar afrikalı olan Viktor növbəti qolunu vurmaqla daha bir milliləşən əcnəbi Branimir Subaşiçə də çatacaq.

Ümumiyyətlə isə milliləşənlər də daxil olmaqla cəmi 7 legioner 40 qol səddini aşıb. Onlardan yalnız İqbekoyi karyerasını hələ də çempionatda davam etdirir.

1
Badri Kvaratsxeliya
71
2
Georgi Adamiya
61
3
Branimir Subaşiç
42
4-5
Viktor İqbekoyi
41
Leandro Qomeş
41
6-7
Fernando Peres
40
Junivan Suares
40


Nigeriyalı 41 qolundan 19-nu AZAL-ın heyətində vurub. İqbekoyi hal-hazırkı klubunun Premyer Liqada ən çox qol vuran 3-cü oyunçusudur. Bu göstəricidə, o, yalnız Zohair Benouahi ilə Junior Nildodan geri qalır. Ümumiliyyətlə isə klubun heyətində 9 futbolçu 10 və daha çox qola imza atıb.


1
Zohair Benouahi
24
2
Junior Nildo
21
3
Viktor İqbekoyi
19
4
Junivan Suares
17
5
Xaqani Məmmədov
13
6
Anatoli Doroş
12
7-9
Leandro Qomeş
10
Qvidas Yuska
10
Tales Şütz
10