Paytaxt derbisində hər iki kluba cəza: Azarkeşləri “Neftçi və “Bakı”nı ziyana saldı
12.11.2013 - 12:42
Paytaxt derbisində hər iki kluba cəza: Azarkeşləri “Neftçi və “Bakı”nı ziyana saldı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XIII turunun görüşlərində baş verənlər müzakirə olunub. Komitə bu oyunlarda yaşananlar üzündən klubları ümumilikdə 6200 manat cəriməyə layiq bilib. Bunun da 5200 manatı “Neftçi” ilə “Bakı” arasında paytaxt derbisinin hesabına düşür.

AZAL – “Qarabağ” matçında meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün bakılılar 1000 manat cərimə olunub. “Neftçi” – “Bakı” oyununda da da meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün eyni məbləğdə ziyana düşüb.

“Ağ-qaralar”ın qapıçısı Saşa Stamenkoviç oyununun 27-ci dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq kənarlaşdırılıb. “NeftçiⅦ ona görə 200 manat ödəməli olacaq. Oyunun 1 və 31-ci dəqiqələrində “Neftçi”non, 16 və 59-cu dəqiqələrdə isə “Bakı”nın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub.

Mənbə: pfl.az