“İnter” və AZAL-ın sabiq hücumçusu Honkonq çempionatında
12.11.2013 - 15:06
“İnter”dən ayrıldıqdan sonra bir müddət klubsuz qalan Tales Şüts Honkonqa üz tutub. Apasport.az saytının məlumatına görə, Braziliyadoğumlu alman futbolçu Honkonqun “Biu Çun Reyncers” komandasının şərəfini qorumalı olub.
Polşa vətəndaşlığını daşıyan Şütsün sadəcə “Reyncers” kimi də adlandırılan yeni klubunda forma nömrəsi “28”dir. 32 yaşlı hücumçunun Honkonqda çıxış etməsi isə təsadüf deyil. Belə ki, Şüts 2006/07 mövsümü və 2008-2011-ci illərdə buranın “Saut Çayna” klubunda çıxış edib.
Qeyd edək ki, 2011/12 mövsümündə AZAL-da vurduğu 10 qolla bombardirlik bacarığını nümayiş etdirən Şüts ötən mövsümü “İnter”də keçirib. Avroliqada “Asteras”la hər 2 oyunda qol vuran hücumçu sonradan “bankirlər”dəki karyerası boyu zədə ilə əlləşmişdi. Ona görə də burda 10 çempionat matçına çıxan futbolçu bir dəfə də olsun fərqlənə bilməmişdi.

0
0