Millimizdə iki itki
12.11.2013 - 16:28
Millimizdə iki itki
Noyabrın 15-də Tallinn şəhərində Estoniya, 19-da isə paytaxt Bişkekdə Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək millimizin heyətində iki ciddi itki var. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovla “Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılov qarşıdakı oyunlarda komandamıza kömək edə bilməyəcəklər.

Hər iki futbolçu zədə səbəbi ilə kənarda qalıb. Onların daha öncə oynamayacaqları ehtimalı vardı. Bu gün isə artıq durumlarında aydınlıq gəlib.