“Real”la “Barselona”nın futbolçuları yığmamızla oyuna çağırıldı
12.11.2013 - 17:54
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının rəqibi Makedoniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 15-də millimizi qəbul edəcək balkanlılar Avro-2015-in seçmə mərhələsinin görüşünə 24 futbolçu cəlb edib.
Əsasən öplkə xaricində legioner həyatı yaşayan futbolçulardan qurulan rəqibimizin heyətində İspaniya nəhəngləri “Real”la “Barselona”nın da oyunçuları var. Maraqlıdır ki, əzəli rəqiblərin heyətində oynayan makedoniyalılar qardaşlardır. 19 yaşlı David “Barselona”nın B komandasında, onun 17 yaşlı qardaşı Dorian isə “Real”da çıxış edir. Babunski qardaşları U-21-in baş məşqçisi, əsas komandanın “sükanı arxasına” keçməyə namizəd olan Boban Babunskinin uşaqlarıdır.
Qapıçılar: Stole Dimitriyevski (“Qranada”, İspaniya), Deni İliyev (“Arsenal”, İngiltərə), Andrey Yefremov (“Metalurq”)
Müdafiəçilər: Ezqyan Alioski (“Şafhauzen”, İsveçrə), Stefan Aşkovski (“Doni Srem”, Serbiya), Kristian Draqarski (“Pelister”), Visar Musliu (“Renova”), Dino Naydoski (“Rabotniçki”), Stefan Ristovski (“Latina”, İtaliya), Kristiјan Toşevski (“Teteks”), Ѓoko Zaykov (“Rabotniçki”), Leonard Yuta (“Hakken”, İsveç), Aleksandre Damçevski (“Kriens”, İsveçrə)
Yarımmedafiəçilər: David Babunski (“Barselona B”, İapaniya), Martin Blajevski (“Vardar”), Besmir Boyku (“Makedoniya”), Mitsevski Darko (OFK, Serbiya), Filip Naumçevski (“Horizont Turnovo”), Boban Nikolov (“Vitorul”, Ruminiya)
Hücumçular: Dorian Babunski (Real”, İspaniya), Marian Radevski (“Metalurq”), Aleksandar Traykovski (“Mexelen”, Belçika), Darko Velkovski, Kire Markoski (hər ikisi “Rabotniçki”)

0
0